Biləsuvarda 6 küçəyə şəhidlərin adı verilib

10

Biləsuvar rayonunun Təzəkənd kəndində altı küçəyə şəhidlərin adı verilib.

yasamal.tv-ın məlumatına görə, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamla rayonun Təzəkənd kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adları verilib.

Həmin şəhidlər Ruslan Şirinov, Tacəddin Quliyev, Fərqan Manafov, Amid İsmayılov, Əlizadə Bayramov və Elməddin Əhmədlidir. Artıq sözügedən küçələrə ünvan lövhələri də vurulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin