
İran Prezidenti İbrahim Rəisi bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
yasamal.tv xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.
Tərəflər görüş zamanı regional və beynəlxalq məsələləri müzakirə edib.
Xatırladaq ki, H.Fidan İrana səfəri çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla da görüşüb.