Paytaxtda 67 və 83 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, dünən axşamdan Y.Huseynov küçəsi (Biləcəri qəsəsəbəsi) yolun üst örtüyünün yenilənməsi ilə bağlı 2 günlük təmirə bağlanıb. Bu səbəbdən 67 və 83 nömrəli müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslar müvəqqəti olaraq Natavan küçəsi ilə hərəkət edir.