Şəmkirdə avtomobil aşıb: 1 ölü, 2 yaralı

15

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

yasamal.tv-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin