
US Dollars in woman’s hand, over white, isolated with clipping path Uploaded by: mayers, adam
2020-ci ilin May ayında Azərbaycanın ixracının həcmi idxalının həcmindən aşağı düşüb. Mayda ixracdan daxil olan valyuta həmin ayın idxalına kifayət etməyəcək məbləğdə olub.
yasamal.tv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, may ayında Azərbaycanın idxalı 782 milyon 529 min dollar, ixracı isə 665 milyon 504 min dollar təşkil edir. İdxalın həcmi ixracın həcmini üstələdiyindən 117 milyon 24 min dollarlıq mənfi saldo yaranıb.
Apreldə Azərbaycanın ixracı 2 milyard 99 milyon 97 min dollar, idxalı isə 745 milyon 210 min dollar təşkil etmişdi. Beləliklə, Aprel ayı ilə müqayisədə Mayda ixac azalıb, idxal isə artıb.
İxracın həcminin azalmasının əsas səbəbi neftin ucuzlaşmasıdır.