Rus politoloq: “Bu, Kiyevin gücsüzlüyünü göstərir”

10

 

Beynəlxalq hüquq nöqteyi nəzərindən Minsk razılaşmasının yararsız olması ilə bağlı rəsmi Kiyevin açıqlaması ilk növbədə Ukrayna elitasının təhsil səviyyəsini, ikincisi isə gücsüzlüyünü göstərir.

yasamal.tv xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andery Suzdalçev deyib.

Onun sözlərinə görə, Kiyev bu razılaşmanı ləğv edə bilmir, ona görə ki, onda Rusiyaya qarşı sanksiyaların əsası olmayacaq:

“Əvvəlcə, “yararsız sənəd” dedikdə, bilmək lazımdır ki, bu, məsələn, Budapeşt memorandumu kimi protokol deyil. Bu, ümumi razılaşmadır, orada özünü müstəqil elan edən respublikalar (separatçı rejimlər nəzərdə tutulur – red.) göstərilir və Rusiya, Fransa və Almaniya qarant dövlətlər kimi qeyd edilir. Ən əsası isə bu sənəd BMT-də qeydə alınıb. Bu o deməkdir ki, sözügedən sənəd beynəlxalq hüquqi sənəddir”.

Qeyd edək ki, Minsk razılaşması Ukraynanın şərqindəki konfliktin sülh yolu ilə həllini nəzərdə tutur.(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin