Rusiyanın Ukraynadakı itkiləri 223 mini ötdü

12

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 680 hərbçisini itirib.

yasamal.tv xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 223 330 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 4 tank, 15 zirehli döyüş maşını, 44 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin