“WhatsApp” yenilik edir: “Android” telefon “iPad”ə qoşulacaq

12

“WhatsApp” yenilikləri ilə istifadəçiləri sevindirməyə davam edir. Növbəti dəyişiklik “iPad” planşetinin xidməti hesablarla uzlaşmaq imkanı ilə bağlıdır.

yasamal.tv xəbər verir ki, yeni funksiya ilə “iPad” planşeti “Android” əməliyyat sistemli cihazlara bağlanacaq.

Ekspertlərin sözlərinə görə, bu zaman “iPad” qoşulu cihaz kimi tanınacaq.

Bundan başqa, “WhatsApp”ın “iPad”a uyğun proqramlar hazırlayacağı da proqnozlaşdırılıb.

Qeyd edilir ki, hazırda funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində “beta” testerlərə təqdim olunacaq.

Yeniliyin bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı hələ bildirilməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin