“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

13

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, xəstəlik yenidən şiddətlənib:

“Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata”.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Hazırda isə şiş sənətçinin böyrək damarlarına yayılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin