“15 milyon iranlı virusa yoluxa bilərdi” – İran rəsmisi

12

İranda fevralda koronavirus pandemiyası yayılmağa başlayandan hər beş iranlıdan biri bu xəstəliyə yoluxa bilərdi.

yasamal.tv xəbər verir ki, bunu səhiyyə rəsmisi iyunun 9-da açıqlayıb.

“Pandemiya başlayandan 15 milyonadək iranlı virusa yoluxa bilərdi”, – COVID-19-la mübarizə məqsədilə yaradılmış işçi qrupun üzvü Ehsan Mustafavi deyib.

“Bu isə virusun bizim, yaxud dünyanın gözlədiyindən daha az ölümə səbəb olması deməkdir”, yarırəsmi ISNA xəbər agentliyi ona istinadla yazır.

15 milyon İranın 80 milyondan çox əhalisinin 18,75 faizi qədərdir. İranda iyunun 9-da koronovirusdan daha 74 nəfərin vəfat etdiyi açıqlanıb. Mustafavi deyib ki, belə bir qənaətə xəstəlikdən sağalmış şəxslərdə anticisimləri aşkarlamaq üçün aparılan seroloji testlərəəsasən gəlinib.

Bu testlər antigenin aşkarlanması üçün aparılan polimeraz zəncir reaksiyası (PCR) testlərindən fərqlənir. İran indiyədək yoluxmaları təsdiqlətməkdən ötrü bir milyondan çox PCR testi apardığını deyir. Artıq İranda koronavirusdan ölü sayı 8 min 425 nəfəri keçib, yoluxmalar 176 minə yaxındır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin