Məşhur “Voice” yarışmasının yerli variantı olan “Səs Azərbaycan” yenidən başlayır.
Axşam.az xəbər verir ki, müsabiqə bu dəfə “İctimai TV”də efirə gedəcək. Bu haqda müğənni-bəstəkar Murad Arif xəbər verib. O bildirib ki, yarışmanın seçim turları artıq başlayır:
“Ən paylaşılan, müzakirə olunan və baxılan, dünyanın ən böyük televiziya vokal yarışması İctimai Televiziyada… “Səs Azərbaycan” seçimlərə başlayır. Qatılmaq üçün yaşın 16-65 arası olmalıdır”.
Qeyd edək ki, sözügedən musiqi yarışması 2015-ci ildə AzTV-də yayımlanmışdı. Bir müddət əvvəl isə İTV “Səs Azərbaycan”ın “Youtube” kanalını alaraq, çıxışları silmiş, adı isə dəyişdirərək “Səs uşaqlar” etmişdi.
AzTV-də yayımlanan zaman “Səs Azərbaycan”ın münsif kürsüsündə Xalq artistləri Tünzalə Ağayeva, Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artist Manana əyləşirdi.
“Səs Azərbaycan” yarışmasının qalibi Emiliya Yaqubova olmuşdu.