Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 520 nəfəri ötüb

14

Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında silahlı toqquşmalar nəticəsində həlak olanların sayı yenidən artıb.

yasamal.tv xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, aprelin 15-də başlayan və 11 ştatda baş verən qarşıdurmalarda indiyədək 528 nəfər həyatını itirib, 4 599 nəfər yaralanıb.

Məlumatda Qərbi Darfur və Xartum istisna olmaqla, Sudanın əksər əyalətlərində nisbi sakitliyin qeydə alındığı vurğulanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin