Dövlət qurumu 900 min manatlıq kombilər alıb

13

“MİDA” MMC Yasamal-2 yaşayış kompleksində çoxmənzilli yaşayış binalarındakı mənzillər üçün kombilərin (24-kW) alınıb quraşdırılmasına 0,9 milyon manatdan artıq vəsait yönəldəcək.

FED.az xəbər verir ki,  www.tender.gov.az saytının məlumatına görə, MİDA “Interqral” QSC ilə müvafiq müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 907 min 823,81 manatdır.

Yasamal-2 yaşayış kompleksi Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunur. 2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə yaşayış kompleksinin təməli qoyulub.

Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin