Ukraynanı minalardan təmizləməyə 10 il vaxt lazımdır – Kəşfiyyat

12

Ukraynanı minalardan təmizləmək azı 10 il çəkəcək.

yasamal.tv xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.

Məlumata görə, Rusiya tərəfindən qismən işğal olunmuş Xerson və Xarkov vilayətlərindən mülki vətəndaşların minaya düşərək həlak olması ilə bağlı demək olar ki, hər gün xəbərlər yayılır.

Bildirilib ki, yazın gəlişi və kənd təsərrüfatı işlərinin intensivləşməsi ilə minaya düşməklə bağlı risk artır.

Rusiyanın Ukraynaya hücumu başlayandan bəri 750-dən çox mülki şəxsin minaya düşməsi qeydə alınıb ki, hər 8 insidentdən birində uşaqların minaya düşməsindən söhbət gedir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin