Britaniya kəşfiyyatı: “Çin təzminat ödəyə bilər, virus insan istehsalıdır”

11

Britaniyanın MI6 xüsusi xidmət orqanının keçmiş rəisi Riçard Dirlav koronavirusun Uhandakı laboratoriyadan səhvən yayıldığını və insan istehsalı olduğunu iddia edib.

yasamal.tv xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

MI6-nın keçmiş şefi bu sözlərində Britaniya və Norveçdən olan alimlərin hesabatına istinad edib. Hesabatda SARS virusu ilə eyni ailədən olan COVID-19-un virus ailəsi ilə tamamilə fərqli quruluşa sahib olduğu qeyd olunub.

Keçmiş MI6 rəisi hazırlanan hesabatların Çini dünyaya vurduğu zərəri ödəməyə məcbur edəcəyini vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin