Ronaldu Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi

13

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu fevral ayı üzrə Yüksək Performans Mükafatı alıb.

yasamal.tv xəbər verir ki, 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı oyunçusu seçilib.

O, Ər-Riyad klubunun heyətində dörd oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, Kriştianu qış transfer pəncərəsində “Mançester Yunayted”lə yollarını ayırıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin