Rusiyanın Azərbaycana kartof ixracı kəskin artıb

13

2020-ci ilin 1-ci rübündə Azərbaycandan 1391 ton kartof ixrac edilib, ixrac miqdar ifadəsində 37,3% artıb.  Bu barədə hökumətdən məlumat verilib.

Kartof ixracının dəyəri 605,11 min dollar (artım 36,6%) təşkil edib.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-mart aylarında bu ölkəyə 566,81 min dəyərində (artım 36,7%) 1295  ton kartof (artım 36,2%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 93,1%-i Rusiyanın payına düşüb.

Yanvar-mart aylarında Azərbaycana 17 milyon 811 min dollar dəyərində (artım 2,6%) 64 min 276 ton kartof (azalma 3,8%) idxal edilib.

Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya və İran olub. Rusiya 36 min 28 ton (10 milyon 92,24 min dollar), İran 25 min 802  ton (6 milyon 297,08 min dollar) kartof tədarük edib. Rusiyadan kartof idxalı miqdar ifadəsində 35%, dəyər ifadəsində 52,6% artıb.

2019-cu ildə Azərbaycan 26 milyon 851,81 min dəyərində 61 min 785 min ton kartof ixrac edib.

“İnterfaks-Azərbaycan”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin