Bu gün daha bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən ölkəmizə təxliyə olunacaq.
yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, təxliyə avtobusu fevralın 10-da yerli vaxtla saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 342 nəfər həyatını itirib, 74 242 şəxs xəsarət alıb.