Avstriyanın paytaxtı Vyanada “Trabzonspor”un sabiq futbolçusu Volkan Kahraman güllələnərək öldürülüb.
yasamal.tv xəbər verir ki, Avstriya mətbuatında yer alan xəbərə görə, 43 yaşlı Kahramanı öldürən şəxs daha sonra intihar edib. Kronenzeitung qəzeti Volkanın küçədə onu öldürən şəxslə qızğın mübahisə etdiyinə diqqət çəkib. Bildirib ki, qatil tapançasını çıxararaq Volkanın başından atəş açaraq onu öldürüb.
1990-cı illərin sonlarında Avstriya futbolunda məşhurlaşan keçmiş yarımmüdafiəçi peşəkar karyerasına 17 yaşında Hollandiyanın “Feyenoord Rotterdam” klubunda başlayıb. O, 2000-ci ildə “Trabzonspor”a gəlib. Daha sonra “Ərzurumspor”a keçib.