Göyçayda yol qəzası: yaralılar var

10

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

yasamal.tv xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində rayonun Qarayazı kənd sakinləri 1998-ci il təvəllüdlü Mahmudlu Nigar Sadiq qızı, 1964-cü il təvəllüdlü Salmanov Niman Eldar oğlu və 1985-ci il təvəllüdlü Ağayev Elvin Səxavət oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin