Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
yasamal.tv xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 340 nömrəli bağçanın Orta b qrupunun azyaşlıları da bu günü daha gözəl dəyərləndiriblər.
Azyaşlılar ağac əkib, elə bu ağacları da özlərinə hədiyyə ediblər. Bu fidanların müəllimi Şəlalə Qasımova bu gözəl addımı belə ifadə edib.
“Bu gün uşaqlarla birlikdə “arzularımızı” ağac hesab edib, yerə əkərək böyüməsini, çiçək açmasını gözləyəcəyik…. Gözləmək də gözəldir. Çünki, körpə fidanlarım öz əlləri ilə bitirdikləri ağacların özləri ilə birgə böyüməsini, çiçək açmasını görəcək, fərəhənib, xoşbəxt olacaqlar… Xoşbəxt olmaq və onları belə xoşbəxt etmək isə ən gözəlidir…”.
yasamal.tv