“Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Bunu şiddətlə qınayırıq”.
yasamal.tv xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb.
“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək nifrət cinayətlərini və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, barbarlıqdır”, – deyə Kalın əlavə edib.