Conson: “Putin Ukrayna üçün inanılmaz olanı etdi”

19

Vladimir Putin Ukraynaya genişmiqyaslı hücum başlatmaqla təkcə NATO-nu gücləndirmədi, həm də Ukraynanı alyans üzvlüyünə yaxınlaşdırdı.

yasamal.tv xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

O bildirib ki, indi Kreml rəhbəri Qərbi nüvə ritorikasına çəkmək istəyir və vacib olanı bu tələyə düşməməkdir:

“Böyük müharibə öncəsi Ukraynanın NATO üzvlüyünə ümumiyyətlə baxılmırdı. NATO-da bunu dəstəkləyən kifayət qədər insan yox idi, çoxları buna qarşı idi. Bir insan tapıldı ki, Ukraynanın NATO-ya yaxınlaşması ilə bağlı inanılmazı etdi. O, Vladimir Putin idi”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin