İtaliya nəşri Laçın yolundakı aksiyadan yazdı

16


İtaliyanın “InsideOver” nəşrinin jurnalisti Matteo Karnieletto Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiyanı işıqlandırıb.

Məqladə qeyd edilir ki, Laçın yolunda 30 gündən artıqdır ki, azərbaycanlı ekoloqlar “çirkləndirməyi dayandırın, təbiəti qoruyaq, özümüzü xilas edək” kimi şüarlarını ucadan səsləndirir: “Onlar 30 gündən artıqdır ki, Laçın yolunda nümayiş keçirirlər və Ermənistan onları yolu siyasi motivlərlə bağlamaqda ittiham edir. Burada hər kəs ittihamları rədd edir və əsas diqqəti ətraf mühitə yönəltməyə üstünlük verir”, – yazıda qeyd edilir.

yasamal.tv xəbər verir ki, müəllif “onilliklər ərzində erməni işğalçıları bu torpaqları talayıb, ətraf mühiti çirkləndiriblər. Onlar bunu davam etdirirlər və indi bəsdir deməyin vaxtıdır”, – deyən etirazçıdan sitat gətirir və Laçın yolundan qanunsuz silah daşınması faktına diqqət çəkir:
Ətraflı

“Görünür ki, artıq 2020-ci ildə Üçtərəfli Bəyannamənin imzalanmasından dərhal sonra yol qanunsuz olaraq silahların, minaların, Azərbaycanın qızıl və mis mədənlərindən oğurlanmış minerallarının qeyri-qanuni dövriyyəsi üçün istifadə olunub. Və hələ də bu marşrutla əcnəbilərin, xüsusilə də İran vətəndaşlarının qeyri-qanuni hərəkətindən söhbət gedir”, – italiyalı jurnalist yazır.

M.Karnieletto Şuşanın azad olunmasına da toxunur, Azərbaycan xüsusi təyinatlılarının şəhəri azad etməsinin həm ABŞ, həm də Sinqapur üçün araşdırma mövzusu olduğundan, bu yaxınlarda bizim İtaliya Müdafiə Nazirliyi ilə Azərbaycan arasında müqavilə imzalandığından yazır.

İtaliya nəşri yolun aksiyalara baxmayaraq, açıq olduğunu qeyd etməklə ermənilərin ittihamını da rədd edir: “Təxminən hər qırx dəqiqədən bir rus maşınlarının yoldan keçdiyini görmək olur, ekoloji nümayişi təşkil edənlər də onlara keçməsinə icazə vermək üçün çəkilirlər. Ona görə də blokadadan və ya humanitar fəlakətdən söhbət gedə bilməz, rus maşınları, eləcə də təcili yardım maşınları, humanitar yardımlar, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nəqliyyat vasitələri keçir”, – deyə məqalədə vurğulanır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin