Almaniya parlamentində deputatların sayı azaldılacaq

14

Almaniyada hökumət koalisiyası seçki qanunu islahatı ilə bağlı razılığa gəlib.

yasamal.tv xəbər verir ki, yeniliyə əsasən Bundestaqdakı yerlərin sayı 598 deputata qədər azaldılmalıdır.

Hazırda parlamendə 736 deputat var.

SPD, Yaşıllar və FDP fraksiyaları yaxın vaxtlarda müvafiq qanun layihəsi təqdim etməyi planlaşdırır.

Qeyd olunur ki, son iyirmi il ərzində Bundestaq əhəmiyyətli dərəcədə böyüyüb. Yeni qanun Bundestaqın əvvəlki tərkibinə qaytarılmasını təklif edir.

Bildirilir ki, Almaniyada Bundestaq seçki dairələrinin sayı (hazırda 299-dur – red.) dəyişməz qalacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin