Hollivud ulduzu Bred Pitt kino karyerasını bitirməyi planlaşdırır.
yasamal.tv xəbər verir ki, aktyor prodüser şirkəti “Plan B”nin səhmlərinin əksəriyyətini satdıqdan sonra bu addımı atmaq qərarı alıb.
“Page Six”in məlumatına görə, Pitt Fransaya mühacirət etmək və kinodan tamamilə uzaqlaşmaq niyyətindədir. Bildirilib ki, o, daha sakit həyat yaşamaq istəyir. Ehtimal olunur ki, aktyor filmlərə çəkilməyə davam etsə də, kino biznesindən uzaq qalacaq.
Qeyd edək ki, bir müddət əvvəl Pittin keçmiş həyat yoldaşı Cennifer Eniston sözügedən şirkətə görə onu məhkəməyə verərək 100 milyon dollar tələb edib.
Onu da xatırladaq ki, bundan əvvəl Pitti keçmiş həyat yoldaşı Ancelina Coli də fransız şərab zavodu “Chateau Miraval”a görə məhkəməyə verərək 250 milyon dollar istəyirdi. (axsam.az)