Onkoloji əməliyyatlar xidmət zərfinə daxil ediləcək

11

“Hazırda onkoloji xəstəliklər tibbi idmətlər zərfində öz əksini tapmayıb”.

yasamal.tv xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.

O bildirib ki, xidmətlər zərfinin yenilənmiş layihəsində onkoloji xəstəliklərin cərrahi müalicəsini nəzərə almağa çalışıblar:

“Amma onkoloji xəstəlikərin hamısı yox. Xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən əməliyyatların xidmətlər zərfinə salınması üçün işlər aparmışıq. Neyrocərrahi xidmətlər üzrə bəzi şişlərin çıxarılması ilə bağlı xidmətlər də artıq yeni layihədə əksini tapıb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin