“Azərbaycanda fəaliyyət göstərən sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir”

18

“Bu gün Azərbaycanda fəaliyyət göstərən sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir. Aidiyyəti dövlət qurumları ilə birgə bu məsələsinin üzərində iş aparırıq”.

yasamal.tv xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında suallara cavabında deyib.

O qeyd edib ki, mövcud olan sığınıcaqların sayında müəyyən çatışmazlıqlar və bunun həlli üçün aidiyyəti qurumlarla bağlı işlər görülür:

“Hazırda bütün iqtisadi rayonlarda krizis mərkəzlərinin yaradılması istiqamətində işlər başlayıb. Artıq Bakıda bir sığınacaq açılıb, ikisinin də yaxın zamanlarda regionlarda açılması gözlənilir. Ümumilikdə ölkədə 9 yardım mərkəzi var. Hazırda işləyənlərin 8-i qeyri-dövlət müəssisəsi, biri isə dövlətdir. Onlardan üçü sığınacaq xidməti göstərir. Onlardan biri də Gəncədədir. Onların çarpayı sayı məhduddur. Ona görə də yaxın zamanlarda bunu həll edəcəyik”.

B.Muradova əlavə edib ki, azad edilən ərazilərdə müasir tipli iki ailə mərkəzi tikintisi nəzərdə tutulub: “Bu ilər 2023-2026-cı ildə həyata keçiriləcək. Eyni zamanda Bakı-Masallı-Xaçmaz olmaqla investisiya proqramında 3 ailə mərkəzinin açılması planlaşdırılır. İlkin olaraq həmin mərkəzlərin nəzdində məişət zorakılığına məruz qalanları qəbul etmək üçün məntəqələr olacaq. Bunu müvəqqəti sığınacaq kimi qəbul etmək olar. Bunun bütün iqtisadi rayonlarda açılması ilə bağlı məsələ qaldırılıb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin