“Xankəndi blokadaya alınmayıb, sadəcə dünyanı çaşdırmağa çalışırlar”

10

yasamal.tv xəbər verir ki, bu barədə Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.

O bildirib ki, Azərbaycanın Xankəndi şəhəri ilə Ermənistan arasında hərəkət edən təcili yardım maşınları real vəziyyəti əks etdirməyən böyük şounun bir parçası olmaqla yanaşı, həm də “sərt blokada”nın olmadığının göstəricisidir.

M.Doran təcili yardım maşınlarının və Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Laçın yolu ilə Xankəndinə və geriyə sərbəst şəkildə hərəkət etdiyini göstərən videogörüntüləri də paylaşaraq yazıb: “Bu da sizə “sərt blokada”.

“Xankəndidə həkim yoxdur? Təcili yardım maşınları ancaq Ermənistandan gələ bilər? Yaxşı görək. Bu təcili yardım maşınları dar düşüncəli insanlar üçün nəzərdə tutulmuş böyük şounun bir parçasıdır. Siz də bunu bilirsiniz, mən də bilirəm”, – paylaşımda deyilir.

Hudson İnstitutunun böyük elmi işçisi Türkiyə və Azərbaycan ilə münasibətlər normallaşdırıldıqdan sonra erməni xalqının daha yaxşı yaşayacağını vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin