İnsan alveri qurbanları ilə bağlı qaydalara dəyişiklik edildi

11

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın öz vəzifələrini yerinə yetirmək üçün funksiyaları genişləndirilib.

yasamal.tv xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edib.

Belə ki, idarələrarası komissiya insan alverinə qarşı mübarizə sahəsindəki mövcud vəziyyəti, o cümlədən insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə görülən tədbirlərlə yanaşı, bundan sonra həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə onların xidmət sektorundakı fəaliyyəti ilə bağlı ölkədaxili vəziyyəti təhlil edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin