Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib
yasamal.tv-ın məlumatına görə, hadisə şəhərin 223-cü atıcı diviziya küçəsində qeydə alınıb.
Qəza zamanı “Faw”, “Mercedes”, “Toyota”, “Ford” və “VAZ” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Bakı şəhər sakini – 1980-cı il təvəllüdlü Məmmədov Seymur Akif oğlu, Quba rayon sakinləri – 1970-ci il təvəllüdlü Süleymanov Tərlan Hacıqulu oğlu və 1974-cü il təvəllüdlü Xeyrullayev Rauf Qiyasəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.