03.11.2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən Şabran rayon Mədəniyyət Sarayında Zəfər günü ilə əlaqədar olaraq Şabran şəhər məktəbləri arasında “Şanlı Zəfərimiz” adlı bilik yarışması təşkil edilib.
yasamal.tv xəbər verir ki, yarışma 8 noyabr 2020-ci ildə əldə olunmuş Zəfər gününə həsr edilib. Dövlət Himni ilə açılış edildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə komandaların yarışına start verilib.
Yarışda 1-ci yerə 3 saylı tam orta məktəbin Samir komandası, 2-ci yerə 1 saylı tam orta məktəbin Edelveys komandası, 3-cü yeri isə 2 saylı lisey məktəbin Zəfər komandası çıxıb.
Qaliblər hədiyyə və fəxri fərmanlarla mükafatlandırılıb.