“Muğam Günləri” adlı internet aksiyasına start verilib

13

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Mədəniyyəti Muğam Platforması və Media Tədris Mərkəzinin təşkilatçılığı ilə “Muğam Günləri” adlı internet aksiyasına start verildi.

yasamal.tv  xəbər verir ki, aksiyanın məqsədi sosial şəbəkə istifadəçilərinin muğam sənətinə marağınının artırılmasına, gənclərin estetik zövqünün formalaşdırılmasına xidmət edir.

Aksiya sosial şəbəkə istifadəçiləri arasında Azərbaycan muğamlarını və muğam ustadlarını tanıtmağı hədəfləyir.

Təşəbbüs çərçivəsində 20.10.2022-ci il tarixindən 1 ay boyunca hər gün instaqram və feysbuk sosial platformaları üzərindən fərqli muğam musiqiləri paylaşılacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin