yasamal.tv xəbər verir ki, iclasda gündəliyə daxil olan məsələlərə dair müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul edilib.
Müzakirələrdən sonra Baş Məclis sıralarının genişləndirilməsi məqsədilə yeni üzvlərin qəbulu barədə qərar verilib. Həmçinin, AY Partiya İcra Aparatının strukturu, Başqanlıq Heyətinin tərkibi, AY Partiya Başqanının yeni müavin və müşavir təyinatı ilə bağlı sərəncamları təsdiqlənib.
İclasda oktyabr ayından etibarən AY Partiyanın bölgələrdə təşkilatlanma prosesinin sürətləndirilməsi barədə qərar qəbul olunub.
Toplantıda çıxış edən Başqan Anar Əsədli gündəmdə olan məsələlər, AY Partiyadakı struktur islahatları və digər mövzulardan danışıb.