Putin taktiki nüvə silahından istifadə edə bilər – “Nyu York Tayms”

11

“Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər, lakin hələlik onun belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur”.

yasamal.tv xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti yazıb.

ABŞ administrasiyasının nümayəndələrinin fikrincə, Putin Qara dəniz, Şimal buzlu okean və ya Ukraynada nümayiş üçün nüvə silahından istifadə edə bilər.

Amma ekspertlər hesab edirlər ki, Qərbin və Moskvanın Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyası nəzərə alınsa, Rusiya prezidentinin bu barədə qərar verəcəyi ehtimalı azdır. Çünki Çin və Hindistan rəsmiləri Rusiya liderinin nüvə silahından istifadə etməsinə qarşı sərt fikirlər səsləndiriblər.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin nüvə silahından danışarkən, Rusiya Federasiyasının ərazi bütövlüyünə iddia edilən təhlükə yaranarsa, bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib.

ABŞ prezidenti Co Bayden isə Rusiyaya Ukraynada nüvə silahının tətbiqi halında “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya lideri Vladimir Putinin nüvə təhdidləri blef deyil, bu şantajın ilk addımlarıdır. Onun fikrincə, indi dünya işğalçı dövlətin başçısına qarşı təzyiqləri davam etdirməlidir, onun oxşar ritorikadan istifadə etməsinə imkan verməməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin