SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birgə rayonun Zarat Xeybəri kəndində qazlaşdırılma işləri ilə tanış olub.
yasamal.tv qanunla.az-a istinadən bildirir ki, çətin relyef şəraitində yerləşən kəndin qazlaşdırılması üçün əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub. Baş direktora bildirilib ki, layihəyə əsasən 8730 m polietilen, 4394 m uzunluğunda polad borunun çəkilməsi nəzərdə tutulub. Artıq işin bir hissəsi icra olunub. Belə ki, 3542 metr polietilen, 3500 m uzunluğunda isə polad borunun çəkilişi yekunlaşıb.
Baş direktor görülən işlərin daha da sürətli şəkildə icra olunması ilə bağlı tapşırıq verib. Daha sonra Birlik rəhbəri SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.