ABŞ-ın “Discovery+” striminq xidmətində aktyorlar Conni Depp və Ember Hördün məhkəmə işindən bəhs edən film nümayiş olunacaq.
yasamal.tv xəbər verir ki, layihə iki hissəli sənədli film kimi təqdim ediləcək.
Film “Conni Amberə qarşı: ABŞ-da məhkəmə” adlanır.
Filmdə işlə bağlı materiallar, həmçinin Deppin vəkili ilə müsahibə yer alır.
Sənədli filmin ilk epizodu 16 sentyabrda yayımlanacaq.
Qeyd edək ki, iyunun 1-də Conni Depp həyat yoldaşı ilə məhkəmədən qalib çıxıb. Andçılar məhkəməsi aktyorun keçmiş həyat yoldaşını böhtanda təqsirli bilib, həmçinin aktrisanın Deppə 15 milyon dollar təzminat ödəməsinə qərar verib.