Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlunun etiraz ərizəsi rədd edilib.
yasamal.tv xəbər verir ki, bu haqda “NTV” məlumat yayıb. Bildirilib ki, müğənninin vəkili İstanbul Ədliyyə Sarayına gedərək ev dustaqlığı qərarının qaldırılması üçün ərizə yazıb. Məktub İstanbul Sülh Cəza Hakimliyi tərəfindən qiymətləndirildikdən sonra rədd edilib.
Gülşənin “evi tərk etməməsi” ilə bağlı məhkəmə nəzarətinin davam etdirilməsi qərarı verilib.
Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib. Hazırda sənətçi ev həbsinə buraxılıb. (axsam.az)