“Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət Üçtərəfli İşçi Qrup Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması ilə bağlı əhəmiyyətli irəliləyişə nail olub”.
yasamal.tv xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşdən sonra söyləyib.
Onun sözlərinə görə, İşçi Qrup Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası məsələləri ilə bağlı keçirilən görüşlərə paralel olaraq ritmik şəkildə fəaliyyətini davam etdirir.
Lavrov, həmçinin əlavə edib ki, Abdullahian ilə görüşdə tərəflər Rəşt-Astara dəmiryolunun kiçik hissəsinin bərpa olunması məsələsini də müzakirə edib.
O bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan, İran və Rusiya arasında danışıqlar aparılır.