Azərbaycan – Qazaxıstan oyununun biletləri satışa çıxarılıb

11

Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun biletləri satışa çıxarılıb.

yasamal.tv “İTicket.az”ın rəsmi saytına istinadən xəbər verir ki, qiymət 2 – 10 manat aralığındadır.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet əldə edə bilər.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. Yığma sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Komanda C Liqasının 3-cü qrupunda 4 qarşılaşmadan sonra 4 xalla üçüncü pillədə qərarlaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin