Lombardiyanın mədəni irsi üzrə regional komissiya “Cuzeppe Meatsa” (“San Siro”) stadionunun sökülməsinə icazə verib.
Fanat.Az “La Repuubblica”ya istinadən xəbər verir ki, komissiya stadionun tarixi və ya mədəni tikili olmadığı barədə qərar çıxarıb. 1925-ci ildə inşa edilən və 30-cu illərin sonlarında genişləndirilən stadionun orijinal memarlığının çox az hissəsinin qorunub saxlanıldığı qeyd olunub. 1950-1990-cı illərdə baş vermiş yenidənqurma işləri mədəni irsin qorunması kontekstinə aid edilməyib.
“Milan” və “İnter” klublarının stadionun yerində yeni arena inşa etmək istədikləri bildirilir. Bununla belə, şəhər məclisi “Cuzeppe Meatsa”nın (“San Siro”) qorunmasının tərəfdarıdı.