Yevlaxda avtomobil maneəyə çırpılıb: 5 yaralı

11

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

yasamal.tv-ın məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Ağdam rayon Xındırıstan kənd sakini 1973-cü il təvəllüdlü Rəna İsmayılova, 2004-cü il təvəllüdlü Sevinc Cavanova, 1990-cı il təvəllüdlü Asiman İsfəndiyarzadə və daha 2 azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin