Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov adı UFC-nin “Şöhrət zalı”na daxil edilib.
yasamal.tv xəbər verir ki, tədbir Las-Veqasda (ABŞ) keçirilən rəsmi mərasimdə elan olunub.
Xatırladaq ki, H.Nurməhəmmədov karyerasının son döyüşünü 2020-ci ilin oktyabrında ABŞ təmsilçisi Castin Qetjiyə qarşı keçirib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan görüşdə o, boğucu fəndlə rəqibi təslim olmağa vadar edib.