“Qarabağ” bu gün iki yoxlama oyununa çıxır

10

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2 yoxlama matçı keçirəcək.

yasamal.tv xəbər verir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın “Holştayn Kil” komandası ilə üz-üzə gələcək.

“St. Ulrix” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya” (Krayova) komandası olacaq. “Yenbax” stadionunda oynanılacaq görüşə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” komandasına 4:0 hesabıyla qalib gəlib.

Yoxlama oyunları
29 iyun

14:00. Qarabağ – Holştayn Kil
“St. Ulrix” stadionu.

18:00. Qarabağ – Universitatya (Krayova)
“Yenbax” stadionu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin