Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqladı

11

Hadisə ötən gecə rayonun Mosul kəndində baş verib.

yasamal.tv  xəbər verir ki, kənd sakini, 1949-cu il təvəllüdlü Murtuzəliyev Camələddin Murtuzəli oğlu həmkəndlisi, 1970-ci il təvəllüdlü Rəsulov Ramiz Qeybullah oğlunu qarın nahiyəsinə bıçaqla ağır xəsarət yetirib.

Ramiz Rəsulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Hadisəni törətməkdə şübhəli sayılan Cəmaləddin Murtuzəliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin