Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, rayonun Çərəcə kənd sakini Habil Bəkirov bacanağı, 1970-ci il təvəllüdlü Habil Səmədova şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub:
“Hadisədə istifadə edilən soyuq silah maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
Hazırda Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır”.