Ötən həftə Rusiya ilə Çini Amur üzərindən birləşdirən yeni ödənişli körpünün açılışı olub.
yasamal.tv xəbər verir ki, Blaqoveşensk şəhəri ilə Xeyke şəhərini birləşdirən körpüdən yük və minik avtomobillər keçəcək.
Körpünün uzunluğu 1080 metrdir, 2 zolaqlıdır.
Bu körpü ilə sərhədi keçmək 8700 rubla başa gələcək.
Yerli sakinlər isə körpünün çox bahalı olduğunu deyir.
“Bu körpü pul qazanmaq üçün yox, iki ölkənin infrastrukturunu genişləndirmək və iqtisadiyyatı gücləndirmək üçün nəzərdə tutulub. Körpünün istismar müddəti 20 ildir. Yaxın illərdə qiymətin endirilməsi barədə düşünə bilərik”, – deyə qubernator Orlov bildirib.
Körpü 6 ilə çəkilib, 19 milyard rubla başa gəlib.(bakupost)