Sizi 12 iyun “Pull Man” oteldə keçiriləcək “I Stomatoloji xeyriyyə konfransı”-da iştirak etməyə dəvət edirik.
Bu konfransda ümumi olaraq 350+ həkim stomatoloq və diş texnikləri, o cümlədən Stomatoloji şirkətlər iştirak edəcəklər.
Azərbaycanda bu səpkidə ilk dəfə keçiriləcək bu konfransda stomatologiya sahəsinin ölkəmizdə və beynəlxalq arenada ən uğurlu nümayəndələri öz bilik, bacarıq və təcrübələrini Sizinlə bölüşəcəklər. Öz sahələrinin ən uğurlu həkim və diş texnikləri təqdimatçı qismində stomatologiyanın bütün sahələrinin kəsişdiyi ortopedik stomatologiyanı əhatə edəcək mövzularla Sizin qarşınızda olacaqlar. Eləcə də konfransda stomatologiya sahəsində fəaliyyət göstərən şirkətlər xüsusi ayrılmış sahədə öz məshul və xidmətlərini sərgiləyə və təqdim edə biləcəklər.
Stomatologiya sahəsində xüsusi əhəmiyyətə malik bu konfransdan əldə ediləcək gəlir valideyn himayəsindən məhrum olan, maddi sıxıntılar içində yaşayan aztəminatlı ailələrin və övladlarının sağlamlıqları üçün yönləndiriləcəkdir.
Siz də bu konfransda iştirak edərək orada paylaşılacaq əhəmiyyətli təcrübələrdən faydalanmaqla yanaşı ehtiyaclı ailələrin övladlarının sağlamlıqlarının yaxşılaşdırılmasına dəstək ola bilərsiniz.

Konfrans keçiriləcək məkan: Pullman Hotel & Resorts
Ünvan: Mikayıl Müşfiq, 1C, Badamdar qəsəbəsi Bakı, Azərbaycan
Əlaqə:
Mobil nömrə: +99450 440 32 55
E-mail: [email protected]