“Lavrovla Qarabağı müzakirə etdik”

11

“Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş konstruktiv və səmimi keçdi”.

yasamal.tv xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bu gün ikitərəfli əməkdaşlıq, beynəlxalq platformalarda tərəfdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair konstruktiv və səmimi görüşümüz oldu”, – Mirzoyan bildirib.

Onun sözlərinə görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair mümkün razılaşmanı, eləcə də Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin