ABŞ-ın İrana embarqosu uğur qazanmayacaq – Caqaryan

11

“ABŞ administrasiyasının İrana qarşı silah embarqosunu uzatmaq cəhdləri çətin ki, uğur qazansın”.

Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

“Silah embarqosu oktyabrın 18-də bitməlidir. Düşünürəm ki, amerikalıların bunu uzatmaq cəhdləri uğur qazanmayacaq. ABŞ-ın özü ən kobud formada beynəlxalq hüququ pozaraq, öz öhdəliklərini icra etməyib. İndi isə onlar digər dövlətləri də bu yolla getməyə məcbur etməyə cəhd edirlər”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin